Avokado son illərdə sağlam qidalanmanın əsas məhsullarından birinə çevrilib. Mütəxəssislər bu meyvənin xüsusilə ürək və damar sağlamlığı üçün faydalı olduğunu bildirirlər.

Foodinfo.az “Medical News Today” nəşrinə istinadla xəbər verir ki, dietoloq Emili Larson avokadonun tərkibində faydalı yağ turşuları, E vitamini və kaliumun yüksək olduğunu açıqlayıb.

Onun sözlərinə görə, avokado “pis” xolesterinin azalmasına və damar elastikliyinin qorunmasına kömək edə bilər. Bundan əlavə, meyvənin tərkibindəki lif həzm sisteminin fəaliyyətini dəstəkləyir.

Mütəxəssislər avokadonun səhər yeməyində və salatlarda istifadəsini tövsiyə edirlər. Lakin yüksək kalorili olduğuna görə ölçülü istifadə vacib sayılır.

Araşdırmalar göstərir ki, avokadonun müntəzəm istifadəsi toxluq hissini artıraraq artıq qida qəbulunun qarşısını ala bilər.