Kişmişi yeməzdən əvvəl mütləq yumaq lazımdır. Bu, həm sağlamlıq, həm də gigiyena baxımından vacibdir.

Foodinfo.az xəbər verir ki, kişmişin uzun müddət saxlana bilməsi üçün onun üzərinə kükürd dioksid (E220) kimi maddələr vurula bilər. Bu maddə qurutma zamanı rəngini qorumaq və kiflənməməsi üçün istifadə edilir. Yuyulmazsa, bu kimyəvi qalıqlar bədənə daxil ola bilər.

Kişmiş açıq havada və ya fabrikdə qurudulduğuna görə onun üzərində toz, qum, həşərat qalıqları və mikroblar ola bilər. Xüsusilə açıq bazardan alınan kişmişlər bu baxımdan daha risklidir.

Bəzi istehsalçılar kişmişin görünüşünü yaxşılaşdırmaq üçün onun üzərinə bitki yağı çəkirlər. Bu yağlar bəzən təmiz olmaya və ya dadını dəyişə bilər. Yumaqla bu qat da aradan qalxır.

Kişmişi bir gecə suda saxlayıb səhər içmək (suyunu da içmək) bədənə dəmir, lif və antioksidant baxımından daha çox fayda verə bilər.