Keçi əti həm dadı, həm də qida dəyəri ilə seçilən ətlərdən biridir. Tərkibində yağ az olduğuna görə bir çoxları tərəfindən “daha sağlam ət” kimi qəbul edilir. 

Foodinfo.az keçi ətinin əsas faydalarını təqdim edir:

1. Aşağı yağ tərkibi

Keçi əti dana və qoyun ətindən daha az yağlıdır. Buna görə ürək-damar sağlamlığını qorumağa kömək edir və xolesterin səviyyəsinin artma riskini azaldır.

2. Zülal baxımından zəngindir

Yüksək keyfiyyətli heyvani zülal mənbəyidir. Uşaqların böyüməsi və toxluq hissinin davam etməsi üçün çox faydalıdır.

3. Dəmir, B12 və fol turşusu mənbəyidir

Dəmir çatışmazlığı, anemiya və yorğunluğun qarşısını almağa kömək edir. Xüsusilə hamiləlik dövründə faydalıdır.

4. Omeqa-3 və Omeqa-6 balansı yaxşıdır

Qoyun və inək ətinə nisbətən daha yaxşı yağ turşusu balansına malikdir. Bu isə bədəndə iltihabı azaltmağa təsir göstərir.

5. Mədə üçün daha yüngüldür 

Keçi ətinin lif quruluşu daha incədir, həzm sistemi üçün nisbətən rahat qəbul olunur.

6. İmmuniteti gücləndirir

Sink, selen və digər minerallar sayəsində immun sistemini dəstəkləyir.

7. Arıqlamaq istəyənlər üçün uyğundur

Aşağı yağlı olduğuna görə pəhriz menyularında rahat istifadə edilə bilər.

Qocalmış keçi əti sərt olur, bişməsi çətinləşir, mümkün qədər cavan heyvan əti seçilməlidir. Həddindən artıq istehlak edilməməlidir.