Düzgün qidalanma yalnız bədən üçün deyil, ruh halı üçün də önəmlidir. Foodinfo.az Sports.kz-ə istinadən xəbər verir ki, rusiyalı diyetoloq Lyudmila Denisenko bəzi məhsulların əhval-ruhiyyəni pisləşdirə biləcəyini açıqlayıb.
Diyetoloq qeyd edir ki, tez-tez istehlak olunan aşağıdakı məhsullar depressiya və əsəbilik riskini artırır:
-
Fast‑food: hot‑dog, hamburger, pizza və digər oxşar yeməklər. Bu qidalar yüksək yağ və duz tərkiblidir və uzunmüddətli istifadə ruh halına mənfi təsir edə bilər.
-
Şirin içkilər və şirniyyatlar: qazlı şirələr, şirin qənnadı məhsulları, həmçinin şokolad böyük miqdarda qəbul edildikdə əhvalı pisləşdirə bilər.
-
Kopçelənmiş məhsullar və konservlər: yüksək duz və konservantlar əhvalı aşağı sala bilər.
-
Qırmızı ət: həddindən artıq istehlak mədə-bağırsaq sisteminə yük olur, uzun müddət həzm olunur və bəzi tədqiqatlar onun aqressivliyi artırdığını və mədə xərçəngi riskini yüksəltdiyini göstərir.
Ekspertin sözlərinə görə, bu məhsullar bəzən istehlak edildikdə ciddi zərər vermir, amma gündəlik rasiona çevrilməsi əhval və sağlamlıq üçün risklidir.
Sadə qayda: balanslı pəhriz, çoxlu tərəvəz, meyvə, protein və faydalı yağlar əhval-ruhiyyəni qorumağa kömək edir.






