Son dövrlər sağlam qidalanmaya marağın artması konservləşdirilmiş məhsulların bağırsaq sağlamlığına təsiri barədə sualları da gündəmə gətirib.
Foodinfo.az xəbər verir ki, düzgün seçilmiş konserv qidaları bağırsaq mikroflorasının güclənməsində mühüm rol oynayır.
Bağırsaq üçün ən faydalı konserv məhsullarından biri kvaslanmış kələm, başqa sözlə, turşu kələmdir. Fermentasiya yolu ilə hazırlanmış bu məhsul yüksək miqdarda probiotik ehtiva etdiyi üçün həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, qəbizliyi və şişkinliyi azaldır.
Eyni proseslə hazırlanmış kvaslanmış xiyar və digər təbii turşular da mikrofloranın tarazlığını bərpa edən məhsullar kimi göstərilir.
Həmçinin konservləşdirilmiş paxlaların — noxud, lobya və mərciməyin — prebiotik liflərlə zəngin olduğu vurğulanır. Bu liflər bağırsaqdakı faydalı bakteriyalar üçün qida rolunu oynayır və bağırsaq hərəkətliliyini artırır.
Araşdırmalar konserv pomidorun da bağırsaq sağlamlığına müsbət təsir göstərdiyini ortaya qoyub. Onun tərkibindəki güclü antioksidant olan likopen bağırsaq divarını qoruyur və iltihabı azaldır.
Omega-3 ilə zəngin konserv balıqlar – sardina, skumbriya və ton balığı – isə bağırsaqda iltihabi proseslərin qarşısını almaqda xüsusi fayda göstərir.
Həkimlər konserv ananasın tərkibində olan bromelin fermentinin həzmi sürətləndirdiyini, zeytun konservinin isə təbii probiotik təsirə malik olduğunu bildirirlər.
Fermentasiya olunmuş, az duzlu və şəkərsiz konserv məhsulları bağırsaq sağlamlığını dəstəkləyən ən yaxşı variantlardır. Bu cür qidalar gündəlik rasiona daxil edildikdə həm həzm sistemi, həm də ümumi sağlamlıq üçün əhəmiyyətli faydalar təmin edə bilər.






