Bu fikir hər kəs üçün doğru deyil və nəticə insanın mədə vəziyyətindən asılıdır.

Foodinfo.az xəbər verir ki, bəzi yüngül meyvələr — alma, armud, giləmeyvələr, həmçinin qarpız və yemiş — acqarına istehlak edildikdə əksər insanlar üçün problem yaratmır və asan həzm olunur.

Lakin turş meyvələrin boş mədəyə yeyilməsi narahatlıq yarada bilər. Portağal, limon, naringi, kivi və ananas kimi meyvələr mədəni qıcıqlandıra, yanma və ağrıya səbəb ola bilər. Üzüm isə qan şəkərini sürətlə yüksəldə bilər.

Xüsusilə qastrit, reflüks və ya tez-tez köp problemi olan şəxslərə meyvəni acqarına yemək tövsiyə edilmir.

Ən təhlükəsiz variant kimi meyvənin əsas yeməkdən 1–2 saat sonra yeyilməsi məsləhət görülür. Bu halda həm vitaminlərdən faydalanmaq, həm də mədəni yormamaq mümkündür.

Acqarına meyvə yemək bəziləri üçün uyğun olsa da, narahatlıq yaradanlar üçün düzgün seçim deyil.