Xurma bir çox insan üçün faydalı meyvə olsa da, bəzi qruplar üçün risk daşıya bilər. Foodinfo.az Championat.com saytına istinadla xəbər verir ki, professor Svetlana Kanevskaya bildirir ki, müəyyən şəxslər xurmanı diqqətlə istifadə etməlidir.
Əvvəla, dörd yaşdan kiçik uşaqlara xurma vermək məsləhət deyil. Onun tərkibindəki yüksək tənin miqdarı və sərt liflər bağırsaqda fitobezoarların əmələ gəlməsinə səbəb ola bilər ki, bu da bağırsaq keçməməzliyinə gətirib çıxara bilər.
Xurma allergiyası olan şəxslər üçün isə tamamilə qadağandır.
Mədə-bağırsaq problemləri olan, mədə xorası, qastrit, kolit və enterit xəstəliyinin kəskin dövründə və ya cərrahi əməliyyatdan sonrakı dövrdə olan insanlara da xurma yemək tövsiyə edilmir.
Bundan əlavə, qəbizlik, xroniki hemoroid və mədənin ləng boşalması problemi olan şəxslər də xurmanı rasionlarına daxil etməməlidirlər.
Beləliklə, sağlamlıq problemləri olanlar xurmanı ehtiyatla və yalnız həkim məsləhəti ilə istifadə etməlidir.






