Uzunmüddətli və şiddətli baş ağrıları insanın gündəlik həyat keyfiyyətini xeyli aşağı sala bilər, lakin düzgün qidalanma bu narahatlığın azalmasına kömək edir.
Miqren tutmaları adətən 4 saatdan bir neçə günə qədər davam edir və həm iş, həm də sosial həyatda ciddi çətinliklər yaradır.
Foodinfo.az kiz saytına istinadla xəbər verir ki, Böyük Britaniyanın Milli Səhiyyə və Klinik Mükəmməllik İnstitutunun məlumatına görə, miqren zamanı ürəkbulanma, qusma, işığa və səsə qarşı həssaslıq, eləcə də digər hiss orqanlarına qarşı dözümsüzlük müşahidə oluna bilər.
Mütəxəssislər bildirirlər ki, bəzi hallarda baş ağrısından əvvəl görmə pozuntuları, keyimə və başgicəllənmə kimi əlamətlərlə özünü göstərən miqrenəxas ilkin əlamətlər ortaya çıxır.
Araşdırmalar göstərir ki, bəzi qidalar miqren tutmalarının yaranmasına şərait yarada bildiyi üçün bu cür məhsulların rasiondan azaldılması baş ağrılarının şiddətinin və təkrarlanma tezliyinin azalmasına müsbət təsir göstərə bilər.






