Açıq vitrində saxlanılan çörək və şirniyyat məhsullarının alınması insan sağlamlığı üçün müəyyən risklər yaradır. Foodinfo.az “Gazeta.ru” saytına istinadla xəbər verir ki, bu barədə RUSBIOTEX Universitetinin Qida Təhlükəsizliyi kafedrasının müdiri Nataliya Fomenko məlumat verib.

Mütəxəssisin sözlərinə görə, belə məhsullar havadakı toz, mikroblar və bakteriyalarla birbaşa təmasda olur. Bu isə onların tez çirklənməsinə, mikroorqanizmlərin çoxalmasına və nəticədə zəhərlənmə və allergik reaksiyalar riskinin artmasına səbəb olur.

Fomenko bildirib ki, açıq vitrində saxlanılan un məmulatlarında salmonella, bağırsaq çöpükif göbələkləri kimi patogen orqanizmlər asanlıqla yaranır. Bundan əlavə, bu cür məhsullar tez quruyur və dad keyfiyyətlərini itirir.

O qeyd edib ki, belə çörək və bulka məhsulları təravətini saxlamır, həm gigiyenik baxımdan, həm də qida təhlükəsizliyi nöqteyi-nəzərindən risklidir.

Ekspertin tövsiyəsinə görə, istehlakçılar qapalı, ventilyasiyalı vitrində saxlanılan məhsullara üstünlük verməlidirlər. Bu, həm məhsulun keyfiyyətini qoruyur, həm də sağlamlıq üçün təhlükəni minimuma endirir.