Qırmızı bibər yalnız yeməklərə ətir və rəng qatan ədviyyat deyil, həm də orqanizm üçün güclü vitamin və antioksidant mənbəyidir.

Foodinfo.az xəbər verir ki, onun tərkibi bədəni xəstəliklərdən qoruyur, maddələr mübadiləsini aktivləşdirir və ümumi sağlamlığı dəstəkləyir.

1. C vitamini baxımından çox zəngindir

Qırmızı bibər immuniteti gücləndirən C vitamininin ən zəngin mənbələrindən biridir. Araşdırmalara görə, bu bibərdəki C vitamini miqdarı portağaldan da çoxdur. Bu xüsusiyyət sayəsində qırmızı bibər soyuqdəymə və infeksiyalara qarşı təbii qoruyucu rolunu oynayır.

2. Arıqlamağa kömək edir

Qırmızı bibərdəki kapsaisin maddəsi bədənin istiliyini artıraraq yağ yandırma prosesini sürətləndirir. Bu səbəbdən qırmızı bibəri arıqlamaq istəyənlər üçün təbii metabolizma sürətləndiricisi sayılır. 

3. Qan dövranını tənzimləyir

Kapsaisin həmçinin qan damarlarını genişləndirərək qan dövranını yaxşılaşdırır və xolesterin səviyyəsini aşağı salır. Bu xüsusiyyət ürək-damar sağlamlığının qorunmasına kömək edir.

4. Xərçəng riskini azalda bilər

Qırmızı bibərin tərkibindəki beta-karotin, likopen və flavonoidlər güclü antioksidant təsir göstərərək hüceyrələrin zədələnməsinin qarşısını alır və xərçəngə qarşı qoruyucu rol oynayır.

5. Həzm sisteminə faydalıdır

Bibərdəki təbii maddələr həzm şirələrinin ifrazını artırır, bu da qidaların daha yaxşı parçalanmasına və mədə fəaliyyətinin normallaşmasına səbəb olur.

Mədə qastriti və xora problemi olan şəxslər qırmızı bibəri az miqdarda və bişmiş halda qəbul etməlidirlər.

Ümumilikdə, qırmızı bibərin müntəzəm, lakin ölçülü şəkildə istehlakı orqanizmin immun sistemini gücləndirir, bədəni enerji ilə təmin edir və ümumi sağlamlıq üçün böyük fayda verir.