Yaponiyanın Kobe Universitetinin alimləri müəyyən ediblər ki, balqabaq fəsiləsinə aid bəzi tərəvəzlər — balqabaq, badımcan, xiyar və qovun — torpaqdan zəhərli maddələri öz tərkibində toplaya bilir. Foodinfo.az xəbər verir ki, araşdırmanın nəticələri Plant Physiology and Biochemistry jurnalında dərc olunub.
Tədqiqatçılar bu prosesi izah edən bioloji mexanizmi aşkar ediblər. Onların sözlərinə görə, zəhərli maddələrin yığılmasında əsas rolu xüsusi zülallar oynayır. Bu zülallar torpaqdakı toksinlərlə birləşərək onların bitki boyunca hərəkətinə şərait yaradır.
Maraqlıdır ki, zəhərlənməyə daha meyilli növlərdə bu zülallar bitkinin şirəsində olur, halbuki davamlı və daha təhlükəsiz növlərdə həmin zülallar hüceyrələrin içərisində qalır və toksinlərin meyvəyə keçməsinin qarşısını alır.
Alimlər bildirirlər ki, bu kəşf kənd təsərrüfatı üçün iki istiqamətdə böyük əhəmiyyət daşıyır. Birincisi, gələcəkdə torpaq toksinlərini toplamadığı üçün insan sağlamlığına təhlükə yaratmayan tərəvəz sortlarının yetişdirilməsi mümkün olacaq. İkincisi isə, bu biliklərdən fitoremediasiya — yəni torpağın bitkilər vasitəsilə təmizlənməsi prosesində istifadə edilə bilər.






