Yaş artdıqca orqanizmin qida maddələrinə olan tələbatı artır və bu səbəbdən rasionda yüksək qida dəyərinə malik məhsulların payı xüsusi əhəmiyyət daşıyır. Bu barədə mütəxəssislər bildiriblər.
Foodinfo.az xəbər verir ki, gündəlik qidalanmada tez-tez dəyəri az qiymətləndirilən, lakin əlçatan olan məhsullardan biri adi toyuq yumurtasıdır. Endokrinoloq Devid Anın sözlərinə görə, yumurta 50 yaşdan yuxarı insanlar üçün universal qida məhsulu hesab olunur. Orta miqdarda qəbul edildikdə yumurta ürək-damar xəstəlikləri riskini artırmır və yaşlanma prosesinin ləngiməsinə töhfə verə bilər.
Mütəxəssislər qeyd edirlər ki, yumurta demək olar ki, karbohidrat tərkibinə malik deyil, eyni zamanda zülal və faydalı yağlarla zəngindir. Bu xüsusiyyətlər qanda qlükoza səviyyəsinin kəskin yüksəlməsinin qarşısını alır, şirniyyata meyli azaldır və toxluq hissini daha uzun müddət saxlayır. Bu amillər xüsusilə prediyabet və 2-ci tip diabet riski olan 50 yaşdan yuxarı şəxslər üçün əhəmiyyətlidir.
Həkimlərin bildirdiyinə görə, gündə bir ədəd yumurtanın qəbulu əksər böyüklər, o cümlədən 50 yaşdan yuxarı insanlar üçün təhlükəsiz hesab olunur. Hətta gündə iki yumurtanın qəbulu belə, ümumi rasion həddindən artıq yağlı deyilsə, “pis” xolesterinin səviyyəsinin artmasına səbəb olmur.
Sağlamlıq baxımından yumurtanın bişirilmə forması da önəmlidir. Mütəxəssislər qaynadılmış yumurtaya, paşot yumurtaya və yağsız omletə üstünlük verilməsini tövsiyə edirlər.






