Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Foodinfo.az xəbər verir ki, Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küç., ev 82 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Bayramova Raifə Sayad qızına məxsus unlu məmulatların istehsalı müəssisəsində aparılan plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi müəyyən edilib. Belə ki, müəssisədə havalandırma sisteminin quraşdırılmadığı, əllərin, qida məhsullarının və istifadə edilən alətlərin yuyulması üçün ayrıca yuma çanağının təşkil edilmədiyi, pəncərələrin həşəratlara qarşı qoruyucu tor örtüklə təmin edilmədiyi, ağzı kip tullantı qablarının mövcud olmadığı, divarların hamar, asan yuyula bilən, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, sanitar qovşağın birbaşa qida məhsullarının emal olunduğu sahəyə açıldığı, işçi heyətin mütəmadi olaraq tibbi müayinədən keçirilmədiyi və xüsusi geyimlə, fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi aşkarlanıb. Aşkar olunmuş pozuntularla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir, istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
Son xəbərlər
- Alma daha uzun yaşamağa kömək edir
- Alimlər popkornun beyin üçün faydalarını aşkar ediblər
- Bu məhsullar heç vaxt qarışdırılmamalıdır
- Bu qidalar bədəndə dəmirin udulmasını maneə törədir
- Xolesterolu azaltmaq üçün ən yaxşı balıq
- Alimlər insult riskini azaldan ən sağlam pəhrizin adını açıqlayıblar