Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.
Foodinfo.az-ın məlumatına görə, “AZ FP CO LTD” MMC tərəfindən Agentliyə daxil olan müraciət əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş 73 adda, 13,1 ton müxtəlif növ süd məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.
Son xəbərlər
- Arıqlayarkən qəhvə içmək olarmı?
- AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir
- Qida təhlükəsizliyi ilə əlaqədar təlimlər başlayıb
- Qidada duzun çox olmasının təhlükələri
- Ukraynadan gətirilən ət məhsullarında infeksiya törədiciləri aşkarlandı
- Hoteldə ölənlər qidadan zəhərlənməyib