Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.
Foodinfo.az-ın xəbərinə görə, istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında, “Qurman Plyus” MMC-yə məxsus ümumi çəkisi 15,4 ton, “AZ FP CO LTD” MMC-yə məxsus 70 adda 7,2 ton, “Sun Food” MMC-yə məxsus ümumi çəkisi 45,6 ton müxtəlif növ qida məhsulu “Təmiz Sumqayıt-Kənan” MMC-nin tullantıların zərərsizləşdirmə poliqonunda məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.
Son xəbərlər
- Niyə gündə üç dəfə yemək yeyirik?
- Səhər yeməyi və nahar vaxtı riski artıra bilər
- Psixoloq pəhriz zamanı pozulma səbəblərini açıqlayıb
- Alimlər vasabinin beyinə heyrətamiz təsirini aşkar ediblər
- Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
- Psixiatr beyni məhv edən vərdişləri açıqlayıb