Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, “Çinar Company” MMC tərəfindən Türkiyə Respublikasından idxal olunan “Ubk Karaağaç Gıda A.S” şirkətinə məxsus ümumi çəkisi 293 kq halva məhsuluna Agentliyin müfəttişləri tərəfindən keçirilən baxış zamanı götürülən nümunələrin müayinələri nəticəsində məhsul partiyasında kif-maya göbələklərinin miqdarının normadan artıq olduğu aşkar olunub.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.
Son xəbərlər
- Qida təhlükəsizliyi ilə əlaqədar təlimlər başlayıb
- Qidada duzun çox olmasının təhlükələri
- Ukraynadan gətirilən ət məhsullarında infeksiya törədiciləri aşkarlandı
- Hoteldə ölənlər qidadan zəhərlənməyib
- Sarımsağın həzmini asanlaşdırmaq üçün sadə üsul
- Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir