İstehlak mallarının və ərzaq məhsullarının əsas istehsalçıları olan nəhəng şirkətlər növbəti qiymət artımlarını elan ediblər. Sözügedən müəssisələr artan istehsal xərclərini qiymət artımı hesabına kompensasiya etməyə çalışırlar.


Foodinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, yüksək inflyasiya da həmçinin qiymət artımının birbaşa səbəbləri sırasında göstərilir. 
Məsələn, isveçrənin “Nestle” şirkəti yüksək inflyasiya səbəbilə istehsal etdiyi məhsulların qiymətini orta hesabla 8,2 faiz artırıb. Lakin şirkətdən qeyd olunub ki, bu artım xammalın yüksələn xərclərini belə ödəməyib. 


Dünyanın ən böyük alkoqolsuz içki istehsalçısı olan “Coca-Cola” ən böyük rəqibi “PepsiCo”dan fərqli olaraq qiymət artımına davam edəcək. Ötən il ərzində bu şirkətlərin məhsullarında qiymət artımları müvafiq olaraq 11 və 14 faiz olub. 


Qida və gündəlik tələbat məhsulları istehsalında qabaqcıl şirkətlərdən olan UNİLEVER (Sunsilk, Timotei, Dove, Rexona, Axe, Domestoss, Knorr kimi məhsulların istehsalçısı) də qiymət artımını davam etdirəcək. P&G (Pampers, Tide, Ariel, Fairy, Always, Lenor, Oral-B, Olay, Tampax, Old Spice, Pantene, Head & Shoulders, Gillette istehsalçısı) şirkəti də eyni strategiyanı izləyəcəyini bildirib.


Qeyd edək ki, Kraft Heinz, Mondelez, CARLSBERG şirkətləri də cari ildə inflyasiya səbəbilə növbəti qiymət artımını proqnozlaşdırıblar.

 

Fərid