Daha üç ünvanda market açılacaq “Bravo” supermarketlər şəbəkəsi daha üç ünvanda market açacaq. Foodinfo.az-ın xəbərinə görə, bununla bağlı supermarketlər şəbəkəsinin facebook səhifəsində məlumat verilib. Lakin marketlərin hansı ünvanda açılacağı məlum deyil. “Bravo”, marketlərin açılacağı yerləri ilk düzgün tapan 3 nəfəri 100 manat dəyərində alış-veriş kuponu ilə mükafatlandıracaq. Düzgün cavab tapan olmasa, 3 qalib püşklə müəyyənləşdiriləcək. Yeni marketlərin ünvanları 25 yanvar, saat 18:00-da supermarketlər şəbəkəsinin facebook səhifəsində elan ediləcək. Həmin postun altında qaliblərin adları da açıqlanacaq. Pünhan Əliyev/Foodinfo.az Görüntünün olası içeriği: yazı