
Qəhvə həm faydalı, həm də düzgün istifadə olunmadıqda zərərli içki ola bilər. Foodinfo.az xəbər verir ki, həkim İrina Skorogudayeva gündə 1–2 fincandan çox qəhvə içməməyi məsləhət görüb. Onun sözlərinə görə, qəhvənin tərkibi orqanizmi antioksidantlarla zənginləşdirir və bəzi şişlərin inkişafının qarşısını ala bilər. Xüsusilə gənclərin qəhvədən tamamilə imtina etməsinə ehtiyac yoxdur, amma yaş artdıqca qəbul miqdarını məhdudlaşdırmaq lazımdır.
Mütəxəssis qeyd edib ki, qəhvə yüksək təzyiq, ürək-damar xəstəlikləri və autoimmun problemləri olan insanlara zərərli ola bilər. Bununla yanaşı, südlə içildikdə içkinin mədəyə təsiri bir qədər yumşalır, amma laktaza çatışmazlığı olan insanlara bu seçim tövsiyə olunmur.
Skorogudayeva xüsusilə qəhvəyə əlavə edilən şəkərin təhlükəli olduğunu vurğulayıb. Onun sözlərinə görə, şəkər diabet riskini artırır, dəri problemlərinə səbəb olur və qəhvənin faydalı təsirlərini minimuma endirir.
Mütəxəssis hesab edir ki, təbii və ölçülü şəkildə qəbul edilən qəhvə insan sağlamlığı üçün təhlükəli deyil, əksinə enerji verir və orqanizmi gücləndirir. Amma normadan artıq istifadəsi sağlamlığa ciddi zərər vura bilər.