
Çoxları yaşıl çayı “zərərsiz” içki hesab etsə də, onun da öz qaydaları var. Foodinfo.az xəbər verir ki, dietoloq Tatyana Seleznyova yaşıl çayın kofein tərkibli olduğunu və buna görə də yatmazdan əvvəl içilməsinin məsləhət olmadığını bildirib. Onun sözlərinə görə, gün ərzində 3-4 fincandan çox yaşıl çay qəbul etmək orqanizm üçün arzuolunmaz nəticələr yarada bilər.
Mütəxəssis vurğulayıb ki, bu çayı zəncəfil kökü və limonla dəmləmək həm dadını zənginləşdirir, həm də tonusverici təsirini artırır. Lakin axşam saatlarında belə içki orqanizmi oyaq saxladığı üçün yuxu problemlərinə gətirib çıxara bilər.
Seleznyova əlavə edib ki, gecə rahatlıq üçün yaşıl çay əvəzinə çobanyastığı çayı daha doğru seçimdir. Onun fikrincə, bu dəyişiklik həm yuxu keyfiyyətini yaxşılaşdırır, həm də orqanizmi sakitləşdirir.