Mütəxəssislər bildirirlər ki, düzgün qurulmuş vegan pəhrizi həm xəstəliklərin qarşısını almağa, həm də ümumi sağlamlığı yaxşılaşdırmağa kömək edir. Heyvani məhsullardan uzaq duraraq yalnız bitki mənşəli qidalarla qidalanmaq orqanizmə həm yüngüllük, həm də güclü müdafiə sistemi qazandırır.

Foodinfo.az xəbər verir ki, araşdırmalara görə, vegan pəhrizi ürək-damar sağlamlığını qoruyur, xolesterini aşağı salır və ürək xəstəlikləri riskini azaldır. 

Liflə zəngin qidalar arıqlamağa kömək edir və həzm sisteminin fəaliyyətini yaxşılaşdırır.

 

Həmçinin tərəvəz, meyvə və paxlalılarda olan antioksidantlar xərçəng riskini azaldır, dəri sağlamlığını qoruyur və iltihabi halları azaldır.

Mütəxəssislər vurğulayır ki, vegan pəhrizində B12 vitamini, dəmir və omeqa-3 yağ turşuları kimi bəzi maddələr əlavə mənbələrdən təmin edilməlidir.

Balanslı vegan pəhrizi sağlam həyat tərzinə dəstək ola bilər, lakin hər kəs başlamazdan əvvəl mütləq həkim və ya dietoloqla məsləhətləşməlidir.