
Yemiş ödemin (bədəndə maye yığılmasının) azalmasına kömək edir.
Foodinfo.az xəbər verir ki, buna səbəb yemişin təbii sidikqovucu təsiri olmasıdır. Yemiş su və kaliumla zəngindir, bu da artıq duz və mayeni orqanizmdən atmağa kömək edir.
Duz bədəndə maye saxlayır, yemiş isə duz baxımından yüngül qidadır.
Həmçinin vitamin və antioksidant qaynağıdır. C vitamini və digər antioksidantlar qan dövranını yaxşılaşdıraraq şişkinliyi azaldır.
Böyrək xəstəliyi olanlar yemişi həddən artıq yeməməlidir.
Eyni zamanda, şəkərli diabeti olanlar da porsiyanı nəzarətdə saxlamalıdır, çünki yemişin şəkəri yüksəkdir.
Sağlam insanlar isə yemişi yayda həm susuzluğu azaltmaq, həm də ödemin qarşısını almaq üçün rahatlıqla yeyə bilərlər.