
Qəhvə sevənlərin bilməli olduğu vacib məqamlar var. Foodinfo.az xəbər verir ki, dietoloq Tatyana Seleznyova qəhvənin zərərli içki olmadığını, lakin qəbul edilən miqdarın və vaxtın sağlamlığa təsir etdiyini bildirib. Onun sözlərinə görə, gündə iki fincandan artıq qəhvə içmək məsləhət deyil, çünki artıq kofein orqanizmə yüklənmə gətirə bilər. Mütəxəssis qeyd edib ki, xüsusilə axşam saatlarında içilən qəhvə yuxunun keyfiyyətini poza bilər və yuxusuzluğa səbəb ola bilər.
Seleznyova həmçinin vurğulayıb ki, şəkər və müxtəlif şirin siroplar kimi əlavələr qəhvəni daha zərərli edə bilər. Bununla yanaşı, süd və ya qaymaq əlavə edildikdə içkinin kalori dəyəri artır, amma dadı daha yumşaq olur. Dietoloq hesab edir ki, qəhvədən düzgün istifadə edildikdə o, zərərli deyil, əksinə, gün ərzində enerji və diqqət toplamağa kömək edə bilər.