
Şabalıd balı digər bal növlərindən dadı və faydaları ilə seçilir. Tünd rəngli və bir qədər acımtıl dadı olan bu bal mütəxəssislər tərəfindən ən güclü təbii müalicə vasitələrindən biri kimi qiymətləndirilir.
Foodinfo.az xəbər verir ki, araşdırmalara görə, şabalıd balı immuniteti gücləndirir, qan dövranını yaxşılaşdırır və ürək-damar sağlamlığını qoruyur.
Bundan əlavə, onun antibakterial xüsusiyyətləri iltihabların sağalmasına, həzm sisteminə təsiri isə mədə turşuluğunun azalmasına kömək edir.
Balın tərkibindəki dəmir və minerallar qanazlığı yaşayan insanlar üçün xüsusi fayda daşıyır. Enerji verən və xroniki yorğunluğu azaldan şabalıd balı həmçinin qaraciyərin təmizlənməsinə də dəstək olur.
Mütəxəssislər xəbərdarlıq edir ki, allergiyası olan insanlar və şəkərli diabet xəstələri bu balı istifadə edərkən ehtiyatlı olmalıdır.