Xəstəliklərdən qorunmaq üçün immunitet sistemimizin güclü olması önəmlidir. İmmunitetin güclü olması üçün isə orqanizm B12 vitamininə ehtiyac duyur.

Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir.

Ekspertlər orqanizmin ehtiyacı olan B12 vitaminini təmin etməsi üçün yumurtanın əvəzsiz məhsul olduğunu qeyd edirlər. Yumurtanın tərkibində həmçinin A, B5, B12 və B2 vitaminləri də vardır. 

Tərkibindəki selemium maddəsi xərçənglə mübarizə aparır. Kalsiyum isə sümüklərimizin güclənməsinə kömək edir.

Nurlan