Yemək zamanı yalnız nələrin yeyildiyi deyil, həm də necə hazırlandığı böyük rol oynayır. Foodinfo.az xarici mənbəyə istinadla xəbər verir ki, düzgün yemək planı və sadə hiylələr ilə həddindən artıq qarın şişkinliyindən və artıq çəki artımından qorunmaq mümkündür.

Mütəxəssislər bildirir ki, arıqlamağa kömək edən ən sadə üsullardan biri “qab prinsipinə” əməl etməkdir: qablarda yarısını tərəvəz, dörddə birini zülal məhsulları, qalan dörddə birini isə mürəkkəb karbohidratlar təşkil etməlidir. Lakin hətta belə sağlam və doyurucu yeməklər çox duz istifadə edilərək “zərərli” ola bilər.

Tədqiqatlar göstərib ki, insanlar yeməklərinə əlavə duz qatmaqda çox vaxt həddini aşırlar. Bu, aclıq hissinin artmasına və artıq kalori qəbuluna səbəb olur. Ekspertlər sadə bir hiyləni tövsiyə edirlər: duzluq başlığını dəyişdirərək, onun dəliklərini azaltmaq. Beləliklə, yeməyə düşən duz miqdarı azalır, əlavə duz qatmaq ehtiyacı minimuma enir.

Unutmayın ki, çox duz orqanizmdə maye saxlayır, nəticədə ödemlər yaranır, metabolizm yavaşlayır və kalori “yağ depolarına” çevrilir. Bu sadə hiylə ilə həm yeməklərinizi həddindən artıq duzlamadan dadlı edə, həm də qarın şişkinliyini azaltmaqda kömək ala bilərsiniz.