Çiy çuğundurdan hazırlanan salatlar həm beyin fəaliyyətinin gücləndirilməsi, həm də ürək-damar xəstəliklərinin qarşısının alınması baxımından olduqca faydalı hesab olunur. Bu tərəvəz tərkibindəki zəngin maddələr sayəsində qan dövranını yaxşılaşdırır və orqanizmin ümumi fəaliyyətinə müsbət təsir göstərir.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, çuğundur fol turşusu ilə zəngindir və bu təsir quru meyvələr – kişmiş, quru ərik və qara gavalı ilə birlikdə daha da güclənir. Bu cür salatlar mütəmadi istifadə olunduqda həm beyin fəaliyyətini aktivləşdirir, həm də trombozun qarşısının alınmasına kömək edir.

Çuğundur salatlarının üstünlüyü onların çoxçeşidli olmasıdır və istəyə uyğun olaraq inqrediyentləri dəyişmək mümkündür. Məsələn, çiy çuğundur, yerkökü və sarımsaqla hazırlanan, üzərinə xırdalanmış qoz əlavə olunan salat qan dövranını yaxşılaşdırır və yağlı qidaların həzmini asanlaşdırır. Digər maraqlı variant isə alma ilə hazırlanan çuğundur salatıdır ki, bu da həm dəri sağlamlığına müsbət təsir edir və yüngül şam yeməyi kimi istifadə oluna bilər.

Kələm və çuğundurdan hazırlanan məşhur “təmizləyici” salat orqanizmi toksinlərdən təmizləməyə kömək edir və həzm sistemini dəstəkləyir. Daha yüngül və faydalı seçim axtaranlar üçün isə çuğundur, qatıq və quru meyvələrlə hazırlanan salat ideal hesab olunur. Bu qarışım dərinin elastikliyini artırır və orqanizmi vitaminlərlə təmin edir.

Bundan əlavə, çuğundur və pendirlə hazırlanan salat həm dadlı, həm də qidalandırıcı seçimdir və bayram süfrələrində də istifadə oluna bilər. Mütəxəssislər qeyd edirlər ki, bu cür salatların müntəzəm qəbulu sağlam həyat tərzinin vacib hissəsi hesab olunur və orqanizmin ümumi vəziyyətinə müsbət təsir göstərir.