Düzgün qidalanma artıq çəki ilə mübarizədə əsas rol oynayır və bəzi məhsullar bu prosesi daha da sürətləndirə bilər. Fitnes mütəxəssisi Cillian Maykls gündəlik rasionda yer almalı olan və arıqlamağa dəstək verən 7 məhsulu xüsusi vurğulayır. Foodinfo.az goodlooker saytına istinadla xəbər verir ki, bu məhsullar həm aşağı kalorili, həm də maddələr mübadiləsini sürətləndirən xüsusiyyətlərə malikdir.

Brokoli vitamin və liflə zəngindir, uzun müddət toxluq hissi yaradır və bağırsaq fəaliyyətini yaxşılaşdırır. Tam taxıllı çörək isə orqanizmdə toxluq hormonunun ifrazını artıraraq iştahı nəzarətdə saxlayır. Nar və giləmeyvələr (moruq, çiyələk) antioksidantlarla zəngindir, yağ hüceyrələrinin yaranmasının qarşısını almağa kömək edir və şirin istəklərini sağlam şəkildə əvəz edir.

Sarımsaq qan şəkərini tənzimləyərək yağ yığılmasını azaldır, balıq yağı isə omeqa-3 yağ turşuları ilə metabolizmi gücləndirir. Yaşıl çay isə həm iştahı azaldır, həm də orqanizmdə yağ yandırma prosesini aktivləşdirir. Bu məhsulların balanslı şəkildə rasiona daxil edilməsi sağlam və effektiv arıqlama üçün güclü dəstək yaradır.