Şirkət növbəti firma mağazasını istifadəyə verib “Az-Granata” MMC-nin növbəti firma mağazası Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev 46 (metronun “Qara Qarayev” stansiyasının yaxınlığı)  istifadəyə verilib. Foodinfo.az-ın xəbərinə görə, bununla da “Az-Granata”nın Azərbaycan firma mağazalarının sayı 80-ə çatıb. Görüntünün olası içeriği: 4 kişi, oturan insanlar ve iç mekan Qeyd edək ki, Azəbaycanın ən iri şirkətlərindən biri olan “Az-Granata” MMC spirtli və spirtsiz içkilər istehsal edir. 2011-ci ildə inşa olunmuş 2.5 hektar sahəni əhatə edən zavod,  Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biridir. Az-Granata meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab və araq məhsulları da istehsal edir. Zavod meyvə qəbulu, meyvə emalı, konsentrat hazırlanması, aseptik çənlər, şüşə dolumu və qablaşdırılması, tetra pak dolumu və qablaşdırılması bölümlərindən ibarətdir. Zavod saatda 12 ton meyvə şirəsi istehsal etmək gücünə malikdir.  Meyvə qəbulu xətti nar, üzüm, alma, armud və heyva qəbul edə bilir. Meyvə qəbulu sexində meyvənin qəbulu, təmizlənməsi, sortlaşdırılması, yüksək temperaturda sterilizasiya, aseptik çəndə saxlanılması  (40 ədəd hər biri 50 ton) mərhələləri həyata keçirilir. Zavodun illik istehsal gücü 100 milyon qablaşdırma təşkil edir. Otomatik alternatif metin yok. Zavod Almaniya, İsveçrə, İtalya, Bolqarıstan və Fransa istehsalı avadanlıqlarla təchiz olunub. Az-Granatanın 450 hektar üzüm və 400 hektar nar bağları var. Nar bağları oqanikdir və Almaniyanın Lacon GmbH İnstitutu tərəfindən sertifikatlaşdırılıb. Meyvə bağları, meyvə istehsalı və əkinçilik üsulları yerli və xarici mütəxəssislər tərəfindən müntəzəm olaraq yoxlanılır. Foodinfo.az