Saç tökülməsi qadınlarda kişilərdən xeyli az – təxminən 15% hallarda müşahidə olunur. Foodinfo.az Lenta.ru-ya istinadla xəbər verir ki, terapevtika kafedrasının professoru Stanislav İonov səbəbləri izah edib.
İonov bildirib ki, qadınlarda 45–50 yaşlarda kişi hormonu testosteronun səviyyəsi azalır, bununla birlikdə saçların böyüməsinə birbaşa təsir edən dihidrotestosteron da azalır. Tam saç tökülməsi nadir hallarda baş verir, lakin alın və başın arxa hissəsində saçlar gözəçarpacaq dərəcədə seyrelir.
Qadınlarda saç tökülməsinin digər səbəbləri arasında vitamin çatışmazlığı (xüsusilə B qrupu), həmçinin sink, manqan, flor kimi minerallar və mikroelementlərin kifayət etməməsi göstərilir. Xarici faktorlar da rol oynayır: seboreya, baş dərisinin qan dövranının pozulması (sıx rezinkalar və bigudi istifadəsi), yüksək temperatur və kimyəvi maddələrdən istifadə (fen, saç boyası, tonlaşdırma).
Professor qeyd edib ki, testosteron istehsalının azalması həmçinin xroniki virus, bakterial və ya göbələk infeksiyalarının nəticəsi ola bilər. Saç tökülməsinin yavaşlaması üçün İonov diqqətli qulluq, stressdən uzaq durmaq və normal maddələr mübadiləsini saxlamağı tövsiyə edir.






