Yerkökü tərkibindəki beta-karoten və liflə zəngin tərəvəzdir. Foodinfo.az bildirir ki, o, görmə qabiliyyətini yaxşılaşdırır və dərini qoruyur.

Həkimlər hesab edir ki, yerkökü qan dövranını stimullaşdırır və immun sistemini gücləndirir. Tərkibində olan antioksidantlar xərçəngə qarşı qoruyucu rol oynayır və lif bağırsağı normallaşdırır.

Kökün istifadəsi qan şəkərinin səviyyəsini tənzimləyir və diabet xəstələri üçün xüsusilə faydalıdır.

Yetkökü təzə və ya bişmiş halda yeyilə bilər. Lakin kökün şirəsi xüsusilə tövsiyə edilir. Belə ki, tərkibindəki A vitamini sayəsində bədənin immune sistemini gücləndirir.