Gündəlik qidalanma vərdişləri sağlamlığın qorunmasında mühüm rol oynayır. Foodinfo.az Radio 1ə istinadla xəbər verir ki, qidalanma üzrə mütəxəssis Olqa Panova yeməyə başlamazdan əvvəl bir stəkan ilıq su içməyi tövsiyə edib. Onun sözlərinə görə, ilıq su həzmi yüngülləşdirir və qidanın parçalanmasını asanlaşdırır. Mütəxəssis qeyd edib ki, bu üsul həmçinin mədəaltı vəzinin işinə də xeyirlidir və onun yüklənməsinin qarşısını alır.

Panovanın sözlərinə görə, yeməkdən öncə su içmək iştahanı tənzimləməyə kömək edir. O bildirib ki, qida qəbulundan əvvəl içilən su insanın birdən-birə çox yeməsinin qarşısını alır. Bu, həm artıqqida qəbulunu azaldır, həm də güclü acılıq hissini neytrallaşdırır. Mütəxəssis vurğulayır ki, bu sadə vərdiş gündəlik qidalanma mədəniyyətində mühüm dəyişiklik yarada bilər.

Onun fikrincə, düzgün su qəbulu həm çəkiyə, həm də ümumi sağlamlığa müsbət təsir göstərir. Mütəxəssis əlavə edib ki, yeməkdən əvvəl içilən su orqanizmin qida qəbuluna hazırlaşmasına şərait yaradır və sonrakı həzm prosesini yüngülləşdirir. Panova insanlara gündəlik su içmə qaydalarını diqqətdə saxlamağı, xüsusilə də yeməyə başlamazdan əvvəl ilıq su içməyi adətə çevirməyi məsləhət görür.