Qəhvə bir çox insanın gündəlik enerjisini təmin edən içki olsa da, onun həddindən artıq qəbulu sağlamlıq üçün risk daşıyır. Mütəxəssislər bildirirlər ki, qəhvə istifadəsi balanslı olmalıdır və həddindən artıq qəbul ciddi problemlərə səbəb ola bilər.
Foodinfo.az NEWS.ru saytına istinadla xəbər verir ki, Krasnogorsk Kliniki Xəstəxanasının gastroenteroloqu Yelena Pexotina qəhvənin böyük miqdarda – yarım litr və ya bir litr – qəbulunun orqanizm üçün ciddi yük yaratdığını açıqlayıb. Onun sözlərinə görə, hətta sağlam insanlarda belə doza ürək döyüntülərinin sürətlənməsinə, narahatlığa, yuxusuzluğa və qısa müddətli təzyiq artımına səbəb ola bilər.
Mütəxəssis qeyd edib ki, kofein simpatiatik sinir sistemini stimullaşdıraraq stress reaksiyalarını artırır, nəticədə tərləmə və baş ağrısı kimi hallara yol açır. Xüsusilə hipertoniya, aritmiya, mədə və böyrək xəstəlikləri olan insanlar üçün böyük dozalar əlavə risk yaradır – təzyiqin dəyişməsi, qıcıqlanmış mədə, yüksək turşuluq və böyrəklərə yük kimi.
Pexotina həmçinin xəbərdarlıq edib ki, kofeinin təhlükəli həddin üstələnməsi ürək toksikliyinə də səbəb ola bilər. Bununla belə, ekspert vurğulayıb ki, gündə iki fincandan artıq olmayan qəhvə istifadəsi əksər insanlar üçün təhlükəsiz hesab edilir.






