Matça son illər populyar içkilər arasında xüsusi yer tutur və bəzi insanlar onun anemiyaya səbəb ola biləcəyindən narahat olur. Foodinfo.az Lenta.ru-ya istinadən xəbər verir ki, terapevt Elena Manovska matçanın ölçülü şəkildə qəbul edildikdə qanazlığı yaratmadığını bildirib. Onun sözlərinə görə, bu içki orqanizmə zərərli deyil və gündəlik pəhrizə rahatlıqla daxil edilə bilər. Mütəxəssis vurğulayıb ki, matçanın tərkibində L-teanin və polifenol kimi antioksidantlar var və onlar bitki mənşəli qidalardan dəmirin sorulmasını zəiflədə bilər.

Həkim bu təsirin içkinin zərərli olduğu anlamına gəlmədiyini, sadəcə qida ilə birlikdə düzgün zamanlama aparılmasının vacib olduğunu qeyd edib. Manovskaya məsləhət görüb ki, matçanı yeməklə eyni vaxtda deyil, yemək aralarında qəbul etmək daha uyğundur – bu həm dəmirin mənimsənilməsinə mane olmur, həm də içkidən maksimum fayda əldə etməyə şərait yaradır.

Mütəxəssis içkinin tərkibindəki antioksidantların bədən üçün dəstəkləyici rol oynadığını, zehni fəaliyyətə müsbət təsir etdiyini və enerji verdiyini də xatırladıb. O, balanslı qidalanma ilə birlikdə matçanın təhlükəsiz və faydalı içki olduğunu vurğulayaraq, hər şeyin ölçülü istifadədən keçdiyini bildirib.