
Ev şəraitində pomidor və xiyar turşusu hazırlayarkən sağlamlıq və təhlükəsizlik amillərinə xüsusi diqqət yetirilməlidir.
Foodinfo.az xəbər verir ki, Rosbiotex Universitetinin baytarlıq-sanitar ekspertizası və bioloji təhlükəsizlik kafedrasının müdiri Asiyat Abdullayeva qışa hazırlanan "zakrutkalar"ın (konservlərin) kif və zərərli bakteriyalardan qorunması üçün faydalı məsləhətlər verib.
Mütəxəssis bildirir ki, yalnız sağlam, bütöv, zədəsiz və möhkəm tərəvəzlərdən istifadə olunmalıdır. Turşulara mütləq şəkildə şüyüd, sarımsaq, xren yarpağı, qara qarağat və ya albalı yarpağı əlavə etmək lazımdır. Duz kimi iri dənəli daş duz daha uyğundur.
Abdullayevanın sözlərinə görə, bankalar və qapaqlar əvvəlcədən yaxşıca yuyulmalı və sterilizasiya olunmalıdır. Duzlu su isə ancaq qaynadılmış və ya filtrdən keçirilmiş sudan hazırlanmalıdır.
Konservləşdirmə zamanı həm soyuq, həm də isti üsullardan istifadə edilə bilər. Amma ən önəmlisi – mütəxəssis vurğulayır ki, sirkə və ya limon turşusu əlavə etmək qıcqırma nəticəsində yaranan təhlükəli bakteriyaların inkişafının qarşısını alır.
Hazırlanan məhsullar isə yalnız sərin və qaranlıq məkanda saxlanmalıdır.