Paxlaların (lobya, noxud, mərci və digər paxlalıların) uzun müddət keyfiyyətini qoruması üçün düzgün saxlanma şəraitinin vacib olduğunu bildirilir.

Foodinfo.az xəbər verir ki, paxlalar ən yaxşı şəkildə quru, sərin və günəş işığından uzaq yerlərdə saxlanmalıdır. Rütubətli mühitin isə onların tez xarab olmasına səbəb ola biləcəyi qeyd edilir.

Paxlaların bağlı qablar və ya yaxşı qapanan paketlərdə saxlanması həm nəm, həm də həşəratlardan qorunma baxımından daha effektiv hesab olunur.

Eyni zamanda, zərərvericilərin qarşısını almaq üçün bəzi hallarda təbii üsullardan, məsələn dəfnə yarpağı və sarımsaq kimi vasitələrdən istifadə edildiyi də vurğulanır.

Bişmiş paxlalar isə mütləq soyuducuda saxlanmalı və qısa müddət ərzində istehlak edilməlidir.

Paxlaların düzgün saxlanması onların həm qida dəyərinin qorunmasına, həm də təhlükəsiz istifadəsinə şərait yaradır.