Son dövrlərdə sağlam qidalanma vərdişləri arasında limonlu su içmək yenidən diqqət mərkəzinə düşüb. Bu sadə içki düzgün və ölçülü istifadə olunduqda orqanizm üçün bir sıra faydalar verir.
Foodinfo.az xəbər verir ki, limonlu su ilk növbədə bədənin su balansını qorumağa kömək edir və insanların gündəlik su içmə vərdişini artırır. Bu isə orqanizmin susuz qalmasının qarşısını alır.
Həmçinin limonun tərkibində olan C vitamini immun sisteminin güclənməsinə və orqanizmin ümumi müqavimətinin artmasına dəstək verir. Bununla yanaşı, limonlu suyun həzm prosesinə müsbət təsir göstərdiyi və qidaların daha rahat həzm olunmasına kömək etdiyi bildirilir.
Araşdırmalara əsasən, limonun tərkibindəki təbii maddələr antioksidant təsir göstərərək orqanizmi zərərli təsirlərdən qorumağa kömək edir.
Bununla belə, limonlu suyun həddindən artıq istifadəsi diş minasına zərər verə və bəzi insanlarda mədə narahatlığı yarada bilər.
Limonlu su sağlam həyat tərzinə faydalı bir əlavə kimi qiymətləndirilir, lakin əsas şərt onun ölçülü şəkildə istifadə olunmasıdır.






