Yaşıl qəhvə qovrulmamış qəhvə dənələrindən hazırlanan bir içkidir. Bildiyimiz tünd qəhvə qovrulmuş dənələrdən hazırlanır, yaşıl qəhvə isə xam, təbii halındakı dənələrdən əldə olunur. Qovrulmadığı üçün tərkibindəki bəzi faydalı maddələr, xüsusilə xlorogen turşusu qorunub saxlanır.

Foodinfo.az xəbər verir ki, xlorogen turşusu yağ yandırmanı və maddələr mübadiləsini sürətləndirir. Bəzi tədqiqatlar iştahı bir qədər azalda biləcəyini göstərib.

Xlorogen turşusu karbohidratların sorulmasını azaldaraq şəkər səviyyəsini nizamlayır. Bu da şəkər xəstələri üçün faydalı hesab olunur (həkimlə məsləhətləşmədən istifadə olunmamalıdır).

Həmçinin hüceyrələri sərbəst radikallardan qoruyur. Dərinin qocalmasının qarşısını almağa kömək edir.

Bəzi araşdırmalar yaşıl qəhvənin yüngül hipertoniya üçün müsbət təsir göstərdiyini göstərir.

Kofein miqdarı azdır, buna görə sinir sisteminə daha yumşaq təsir göstərir.

Səhər yeməyindən əvvəl və ya idmandan 30 dəqiqə əvvəl içilməsi daha effektivdir.

Gündə 1-2 fincan kifayətdir.

Hamilə və süd verən analar, yüksək təzyiq və ya ürək problemi olanlar, mədə turşuluğu çox olanların istifadədən əvvəl həkimlə məsləhətləşməsi vacibdir.