
Quru incil həm dadlı, həm də sağlamlıq baxımından son dərəcə faydalı bir qidadır. Təbii şəkərlərlə zəngin olduğundan enerji verir, eyni zamanda bir çox vitamin və mineral mənbəyidir.
Quru incilin əsas faydaları:
– Həzm sistemini yaxşılaşdırır. Liflə çox zəngindir, bu da qəbizliyi aradan qaldırmağa kömək edir. Həzm sisteminin daha nizamlı işləməsinə dəstək olur.
– Təbii şəkər (qlükoza və fruktoza) baxımından zəngindir. Yorğunluq və halsızlıq zamanı sürətli enerji mənbəyidir.
– Kalsium, maqnezium və fosfor tərkibi sayəsində sümükləri və dişləri gücləndirir. Xüsusilə menopauza dövründə qadınlar üçün faydalıdır.
– A, B və K vitaminləri ilə yanaşı antioksidantlar da ehtiva edir. Orqanizmi infeksiyalara və sərbəst radikallara qarşı qoruyur.
– Kalium tərkibi sayəsində yüksək təzyiqin salınmasına kömək edir.
– Şirin olsa da, lifli olduğu üçün qanda şəkər səviyyəsinin qəfil yüksəlməsinin qarşısını alır. Amma şəkər xəstələri həkimlə məsləhətləşərək miqdarına diqqət etməlidirlər.
– Dəmir tərkibi sayəsində qanazlığına faydalı təsir göstərir.
Quru incil şəkərlə zəngin olduğu üçün çox miqdarda qəbul edilməsi çəki artımına və ya qan şəkərində sıçrayışa səbəb ola bilər.
Gün ərzində 2-3 ədəd yetərlidir.