Botulizm ciddi və həyati təhlükəli xəstəlikdir. Foodinfo.az xəbər verir ki, Dövlət Təhsil Universitetinin Cərrahiyyə kafedrasının müəllimi Aleksandr Umnov RT-yə verdiyi açıqlamada bildirib ki, təhlükə təkcə bakteriyada deyil, onun ifraz etdiyi toksinlərdədir.
Umnov izah edib ki, botulotoksin asetilxolin adlı neyromediatorun istehsalını pozur və bunun nəticəsində bütün əzələlərin koordinasiyası pozulur. Xəstələrdə ağız quruluğu, qəbizlik, yutma çətinliyi və gözlərin cüt görünməsi müşahidə olunur.
Ekspert əlavə edib ki, sonra zəiflik yaranır və tibbi yardım olmadan nəfəsalma aktının pozulması səbəbindən insan həyatı təhlükəyə düşür, çünki diafraqma və digər tənəffüs əzələləri işləməyir.
Botulotoksinin yaranması üçün bakteriyanın oksigensiz mühitə düşməsi lazımdır. Belə mühitdə spora aktiv bakteriyaya çevrilir və toksin ifraz edir. Ən riskli məhsullar düzgün sterilizasiya olunmamış konservlər və ev hazırlığı məhsullarıdır. Toksin bakteriyadan fərqli olaraq həm açıq havada, həm də mədə-bağırsaq fermentlərinə qarşı davamlıdır.
Umnov tövsiyə edib ki, qabarmış konservlərdən, pis qoxulu məhsullardan, eləcə də bilinməyən tərkibli salatlardan uzaq durmaq lazımdır. O, yalnız təzə məhsulların konserv edilməsini məsləhət görüb.






