Gecə yatmazdan əvvəl yemək vərdişi bədənin rahatlığı və həzm prosesinə təsir göstərə bilər. Foodinfo.az Qazeta.ru-ya istinadla xəbər verir ki, həkim-diyetoloq Darya Dibrova axşam yeməyinin yatmazdan ən azı iki saat əvvəl qəbul edilməsini tövsiyə edib.

Onun sözlərinə görə, bu qayda reflüksün qarşısını alır və səhər mədədə ağırlıq hissinin yaranmasının qarşısını götürür. Mütəxəssis qeyd edib ki, axşam yeməyində maqneziumla zəngin qidaların yer alması faydalıdır. Belələrinə ispanaq, manqold salatı, brokoli, çuğundur, avokado, həmçinin müxtəlif qoz-fındıq və tumlar daxildir.

Dibrova bildirib ki, maqnezium bədəni yumşaq şəkildə sakitləşdirir və sinir sistemini dəstəkləyir. Onun fikrincə, axşam yeməyinə diqqət etmək həm yuxu keyfiyyətini artırır, həm də mədənin rahat həzm olunmasına kömək edir.

Həkim vurğulayıb ki, bu sadə qaydaları izləmək sağlamlıq üçün uzunmüddətli fayda təmin edir və gündəlik həyatın keyfiyyətini yüksəldir.