Mədə xorasının müalicəsi xəstəliyin səbəbindən və xəstənin ümumi vəziyyətindən asılı olaraq dəyişir və adətən dərmanlar, düzgün qidalanma və zərərli vərdişlərdən imtina ilə aparılır. Mütəxəssislər əsas müalicəyə əlavə dəstək kimi bəzi tərəvəzlərin rasiona daxil edilməsini tövsiyə edirlər. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, həkimlərin diqqət çəkdiyi qidalardan biri brokkolidir.

Piroqov Universitetinin dosenti Olqa Tarasovanın sözlərinə görə, brokkolinin tərkibində iltihab əleyhinə təsiri olan sulforafan maddəsi mövcuddur. Bu maddə mədə selikli qişasında iltihabın azalmasına kömək edir, qaraciyərin fəaliyyətini dəstəkləyir və qastritlə mədə xorasının yaranması ilə əlaqəli olan Helicobacter pylori bakteriyasının aktivliyini zəiflədə bilər.

Brokkoli eyni zamanda liflə zəngindir və bu, bağırsaqlarda faydalı mikrofloranın qorunmasına, immun sisteminin möhkəmlənməsinə kömək edir. Tərkibindəki antioksidantlar və K vitamini mədənin selikli qişasını qoruyur və mədə-bağırsaq sisteminin xərçəngi riskinin azalması ilə əlaqələndirilir.

Həkimlər vurğulayırlar ki, brokkoli heç bir halda tibbi müalicəni əvəz etmir. Onun faydalı maddələrinin qorunması üçün tərəvəzin buğda 5–7 dəqiqə bişirilməsi, sobada hazırlanması və ya qısa müddətə qızardılması tövsiyə olunur.