“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il avqustun 24-də qida məhsulları sahəsində fəaliyyət göstərən 22 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Foodinfo.az-ın məlumatına görə, həmin tarixdə aparılan təftiş və ekspertiza nəticəsində qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı imtina halı qeydə alınmayıb.
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.
Son xəbərlər
- Yatmamışdan əvvəl hansı qidaları istehlak etmək olar?
- 20 qəpiklik cəfəri, yoxsa 20 manatlıq bioloji aktiv əlavə? – Sərfəli seçim öz əlinizdədir
- Sağlamlığınıza zərər vermədən nə qədər çuğundur suyu içə bilərsiniz?
- Qarın ölçüsünü tez bir zamanda azaldacaq məhsul
- İstənilən insanı uzunömürlü edəcək qidalar
- Tez-tez soyuqdəymə hansı vitamin çatışmamazlığından xəbər verir