Son tarix 01 sen 2023 - [email protected]
Vəzifə ilə bağlı biliklər:
Satınalma prosedurlarını rəhbər tutaraq satınalma prosesinin düzgün, keyfiyyətli və vaxtında təşkil və icra edilməsi;
Yerli və xarici tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
Tenderlərin keçirilməsində iştirak etmək , tenderin əsas şərtlər toplusunun və digər tender sənədlərinin hazırlanması və birbaşa rəhbərə təqdim edilməsi
Malların maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, lazımi lisenziya və sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasını nəzarətdə saxlamaq
Ölkə xaricindən satın alınan malların sifarişlərinin yerləşdirilməsi, yüklənməsi və ölkəyə çatdırılması;
Yerli və beynəlxalq daşımaların təşkili və son məntəqəyə çatdırılana qədər sifarişin izlənməsi;
Malın həcm və çəki məlumatlarının , yükləmə ünvanının və.s daşınma üçün lazım olan bütün məlumatların İstehsalçı ilə dəqiqləşdirilməsi, yük sənədlərinin istehsalçıdan tələb edilməsi, uyğunlunğunun yoxlanılması, sənədlərin tərtibi ilə bağlı istehsalçıya müvafiq təlimatların verilməsi,
Xarici və daxili bazar qiymətlərinin müqayisəli təhlili bacarığı;
Geri qaytarmalar olduğu zaman qaytarma üçün sənədləşmə və iddia aktlarının icrasını həyata keçirmək
Satınalma müqavilələrini hazırlamasında iştirak etmək, müqavilələrdəki riskləri analiz etmək və riskləri minimallaşdırmaq
Sifarişin qiymətini, təslimat müddətini, çatdırılma şərtlərini aldıqdan sonra qiymət araşdırması nəticəsində sifariş məlumatlarını hazırlamaq və rəhbərinə təqdim etmək
Namizədə tələlər:
Təhsil: Maliyyə, iqtisadiyyat sahəsi üzrə ali ixtisas təhsili;
Təcrübə: Qeyd olunan vəzifə üzrə 3 ildən az olmayaraq iş təcrübəsi;
Tender prosesi, müqavilələrin idarə olunması, tədarükçülərlə münasibətlərin idarə olunmasında təcrübənin olması
Kompüter biliyi: Microsoft Ofis (Excel proqramı peşəkar səviyyədə) proqramlarında sərbəst işləmə bacarığıı;
Təchizatçıların idarəedilməsi üzrə proqram təminatı sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir;
Tədarük zəncirinin idarə edilməsi, gömrük və logistika sahəsində biliklər;
Təchizatçıların axtarışı və idarəedilməsi üsulları ilə tanışlıq;
Mükəmməl ünsiyyət və danışıq bacarıqları, İdarəçilik qabiliyyətlərinə malik olmalı, mövcud qanunvericiliyi bilməlidir;
Vaxtın düzgün idarə edilməsi qabiliyyəti;
Xarici və daxili ezamiyyətlərə getmə imkanının olması
Dil biliyi: Azərbaycan, Rus və İngilis dil bilikləri.
CIPs sertifikartı üstünlükdür.
Əlavə məlumat:
İş yeri: Zərifə Əliyeva pr. 93 BEGOC Plaza
İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
Son tarix: 31 Avqust, 2023-cü il.
Maraqlanan şəxslər öz CV formalarını "Satınalmalar üzrə aparıcı mütəxəssis" başlığı ilə göndərə bilərlər.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.