Azərbaycanda şərab və vodka istehsalçısı “Kristall Plus” QSC şirkəti barəsində gömrük əməliyyatlardakı inzibati xətaya görə cərimə protokolu tərtib edilib. Foodinfo.az Banker.az-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi “Kristall Plus” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edərək, 31 avqust 2021-ci il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilib. İXM-in 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Kristall Plus Zavodunun əsası 2004-cü ildə qoyulub və 2000 manat nizamnamə kapitalına sahibdir.