“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il avqustun 27-də qida məhsulları sahəsində fəaliyyət göstərən 33 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Foodinfo.az-ın məlumatına görə, həmin tarixdə aparılan təftiş və ekspertiza nəticəsində qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı imtina halı qeydə alınmayıb.
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.
Son xəbərlər
- Stress zamanı qidalanma ilə bağlı məsləhətlər
- Spirt qədər təhlükəli ola bilər - XƏBƏRDARLIQ
- Gündə neçə dəfə yemək lazımdır? - Ən yaxşı vaxt
- Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA
- Gənc yaşda daimi təbii olmayan qidalar qəbul etmək beyinə ciddi ziyan vura bilər
- Orqanizm üçün ən zərərli qidalar