
Ədviyyat kimi mətbəximizdə geniş istifadə olunan sumaq yalnız yeməklərə turş dad vermir, həm də sağlamlıq üçün mühüm faydalar daşıyır.
Foodinfo.az xəbər verir ki, tərkibində C vitamini, polifenollar, flavonoidlər və güclü antioksidant maddələr olan sumaq xüsusilə qaraciyər sağlamlığına müsbət təsir göstərir.
1. Qaraciyəri toksinlərdən qoruyur
Sumaqda olan antioksidantlar sərbəst radikalları zərərsizləşdirir, qaraciyərin hüceyrə səviyyəsində zədələnməsinin qarşısını alır.
2. Yağlı qaraciyərə qarşı faydalıdır
Araşdırmalara görə, sumax qaraciyərdə yağ yığılmasını azalda və yağlı qaraciyər sindromunun inkişaf riskini aşağı salır.
3. İltihabı azaldır
Sumağın iltihab əleyhinə xüsusiyyətləri qaraciyərdə iltihabi proseslərin qarşısını alır və onun normal fəaliyyətini dəstəkləyir.
4. Qan şəkərini tənzimləyir
Qanda şəkərin stabilləşməsi qaraciyərin üzərinə düşən yükü də azaldır. Sumaq bu baxımdan qaraciyərin funksiyalarını dolayısı ilə qoruyur.
5. Həzm sisteminə dəstək olur
Sağlam həzm qaraciyərin yükünü yüngülləşdirir. Sumaq mədədə turşuluğu balanslaşdırır və qida parçalanmasını asanlaşdırır.
Sumağı yeməklərə (xüsusən ət və salatlara) əlavə etməklə, ilıq suya az miqdarda qatıb içməklə, qarışıq bitki çaylarına əlavə etməklə istifadə etmək olar.
Həddindən artıq sumaq istifadəsi mədədə qıcıqlanma və turşuluq artımına səbəb ola bilər.