
Payız və qış aylarında orqanizmin müdafiə sistemi zəiflədiyi üçün düzgün qidalanma xüsusi əhəmiyyət daşıyır. Foodinfo.az xəbər verir ki, ROSBİOTEX Universitetinin Terapiya və Farmakologiya kafedrasının müdiri Aleksandr Konkov soyuq havalarda balıq yağının istifadəsinin immunitet üçün faydalı olduğunu bildirib.
Onun sözlərinə görə, balıq yağı orqanizmin infeksiyalara qarşı mübarizə qabiliyyətini artırır və müdafiə sistemini daha aktiv edir. Tərkibindəki omega-3 yağ turşuları, A, E və D vitaminləri, həmçinin yod, kükürd, fosfor və brom kimi mikroelementlər orqanizmin sağlam qalmasına kömək edir.
Konkov qeyd edib ki, balıq yağı orqanizmdə asan oksidləşir və bu səbəbdən faydalı maddələr daha tez mənimsənilir. Bu xüsusiyyət onun təsirini daha da gücləndirir.
Mütəxəssis eyni zamanda xəbərdarlıq edib ki, balıq yağının qəbulu zamanı normadan artıq doza qəbul etmək düzgün deyil. Əks halda, orqanizmdə yan təsirlər və disbalans yarana bilər.
Ekspert tövsiyə edib ki, xüsusilə soyuq mövsümdə balıq yağını həkim məsləhəti ilə qəbul etmək həm immunitetin güclənməsinə, həm də ümumi sağlamlığın qorunmasına kömək edəcək.