Qida Təhlükəsizliyi Agentliyi tərəfindən meyvə və tərəvəz məhsullarının ixracı ilə məşğul olan sahibkarlarla onlayn görüş keçirilib.

Bu barədə Foodinfo.az-a Agentlikdən məlumat verilib.

Tədbirdə bitkiçilik məhsullarının ixracı zamanı karantin zərərvericilərinin yayılmasının qarşısının alması ilə bağlı beynəlxalq standartların, həmçinin idxalçı ölkələrin bu sahədə tələblərinin pozulmasının gələcəkdə ölkənin ixrac potensialına mənfi təsiri diqqətə çatdırılıb.  

Bildirilib ki, ixrac olunan bitkiçilik məhsullarının qablaşdırılmasında istifadə edilən bəzi materiallara stikerlərlə vurulan etiket məlumatları beynəlxalq standartların tələblərinə uyğun olaraq dayanıqlı, oxunaqlı və möhkəm yapışdırılmadığı üçün idxalçı ölkələrin bu sahədə tələblərinin pozulmasına gətirib çıxarır.

Daha sonra sahibkarların problemləri dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb, növbəti görüşün Göyçay rayonunda keçirilməsi qərarına gəlinib.