"Dünyanın hər hansı bölgəsində epidemiya ocağı aşkarlanıbsa, Ümumdünya Səhiyyə Təşkilatı (WST) müvafiq addımlar atmalıdır”. Bu sözləri Nigeriyada kütləvi insan tələfatına səbəb olan Lassa qızdırması epidemiyası haqqında danışarkən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O vurğulayıb ki, ilkin olaraq, yoluxucu virusun mənbəyi və qarşısını alınması yolları araşdırılmalıdır: "Aşkarlanan ocaq tədqiq olunmalı, ÜST-nın özünün müvafiq mexanizmləri ilə sağlamlaşdırma tədbirləri görülməlidir. Bu infeksiya qısa müddətdə yayılma xarakterinə malik ola bilər və insan tələfatına gətirib çıxara bilər. Məsələn, taun xəstəliyi də bu formada başlayıb, yayılan epidemiya olub və kütləvi insan tələfatı ilə nəticələnib. Taunun müalicəsi sanitar-epidemoloji xidmətin yüksəlməsi, insanların maarifləndirilməsinin yüksəlməsi, səhiyyənin inkişafı sayəsində mümkün oldu. Ona görə, Lassa qızdırması kimi təhlükəli virusların qarşısını vaxtında almaq lazımdır”. Qeyd edək ki, siçanlardan insana keçən Lassa qızdırması insanlar arasında təmas yolu ilə yayılır və qanaxmalarla müşayiət olunan yüksək hərarətə səbəb olur. (Sherg.az)